Kənd təsərrüfat istehsalı artır

17-12-2012, 14:36
Oxunub: 1231


Bu ilin dekabrın 1-dək Azərbaycanda qarğıdalı da daxil olmaqla 2 802,2 min ton taxıl istehsal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,3% çoxdur.

Dövlət Statistika Komitəsi xəbər verir ki, hesabat dövründə ölkədə 968,5 min ton kartof (ötən ilə nisbətən 3,1% çox), 1 198,2 min ton tərəvəz (+0,1%), 54,6 min ton pambıq (-6,1%), 802,2 min ton meyvə və giləmeyvə (+5,4%), 427,8 min ton bostan məhsulları (-11,7%), 147,3 min ton üzüm (+9,1%), 120,7 min ton şəkər çuğunduru (-48,7%), 4,3 min ton tütün (+19,4%), 550,3 ton yaşıl çay yarpağı (+7,1%) toplanıb.

Eyni zamanda, diri çəkidə 434,3 min ton ət (+4,1%), 1 576,7 min ton süd (+5,7%), 1 100,6 mln. ədəd yumurta (+20,1%) və 16,2 min ton yun (+1,9%) istehsal olunub.

«Dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı 5,8%, heyvandarlıq məhsulları istehsalı 5,5%, kənd təsərrüfatının ümumi məhsulu isə 5,7% artıb», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, 2012-ci ilin məhsulu üçün 998,8 min hektar sahədə şum qaldırılıb, 900,1 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq taxıl, o cümlədən 619,3 min hektar sahədə buğda, 270,7 min hektar sahədə isə arpa səpilib.

 

APA 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti