Bakı metrosu yay qrafikinə keçdi

1-07-2013, 10:07
Oxunub: 1999


Bu gündən etibarən Bakı Metropolitenində qatarlar yay qrafikinə uyğun olaraq hərəkət edəcək.
 
Metropolitendən «APA-Economics»ə verilən məlumata görə, mövsümü xarakter daşıyan yay hərəkət cədvəlinə əsasən, sərnişin axınının nəzərəçarpacaq dərəcədə azalması nəzərə alınaraq, qatarlar arasında intervallarda bəzi dəyişikliklər edilib.
 
Bu dövrdə «Həzi Aslanov» stansiyasından «28 May» stansiyasına qədər və əks istiqamətdə qatarlar arasında interval gur saatlarda (08:00-dan 10:00-dək və 17:00-dan 19:30-dək) 2,5 dəqiqə təşkil edəcək. «28 May» stansiyasından «İçərişəhər» və «Dərnəgül» stansiyaları istiqamətində hərəkət edən qatarlarda bu müddət iki dəfə artıq, yəni 5 dəqiqə olacaq.
 
Günün digər vaxtlarında qatarlar «Həzi Aslanov» stansiyasından «28 May» stansiyasına qədər və əks istiqamətdə 3 dəqiqə intervalla hərəkət edəcək. Müvafiq olaraq, «İçərişəhər» və «Dərnəgül» stansiyaları istiqamətində və əksinə hərəkət zamanı interval 6 dəqiqə təşkil edəcək.
 
Cari ilin sentyabr ayında qatarların payız qrafikinin tətbiqinə başlanılacaq və həmin qrafik gələn ilin iyul ayına qədər etibarlı olacaq.
 
Qeyd edək ki, «Həzi Aslanov» stansiyasından hərəkət edən qatarlarda interval müddəti yalnız «Bakmil-Nəriman Nərimanov» yol mənzili istiqamətində qatarların hərəkəti zamanı daha çox olur. Bu, həmin qatarların metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun olaraq tətbiq olunur.
 
Etatist.com-un məlumatına görə Bakı Metropolitenində sərnişin axınının azalması gözlənilsə də bu belə olmayıb və nəticədə metro stansiyalarında və qatarlarda sıxlıq yaranıb. Vətəndaşlarla metro işçiləri arasında narazılıqlar yaranıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti