Makron Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı Putin və Trampla danışıqlar aparmağı planlaşdırır

30-09-2020, 14:11
Oxunub: 870
Bu barədə Fransa Prezidenti Riqada mətbuat konfransında bildirib


Fransa Prezidenti Emmanuel Makron Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla danışıqlar aparmağı planlaşdırır.

Bu barədə Fransa Prezidenti Riqada mətbuat konfransında bildirib. 

Fransa Prezidenti bu gün axşam rusiyalı həmkarı ilə danışacağını vurğulayıb.
 
E. Makron qeyd edib ki, məsələ ilə bağlı sabah ABŞ lideri ilə fikir mübadiləsi aparacaq və böhrandan çıxış yolları ilə əlaqədar təkliflər müzakirə olunacaq.

Xatırladaq ki, Fransa, Rusiya və ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti