Ermənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsində daha bir mülki şəxs həlak olub
29-09-2020, 19:08
Oxunub: 700
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb
Ermənilərin atdığı top mərmisi Ağdamda daha 1 nəfərin ölümünə səbəb olub.Ermənilərin ağır artilleriyadan atdığı mərmi rayonun Qaradağlı kəndinə düşüb. Nəticədə 1997-ci il təvəllüdlü Sarıyev Elməddin Hümbət oğlu yaralanıb.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. (APA)