"Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyimiz tamamilə aydındır"

29-09-2020, 16:51
Oxunub: 685
Bunu İran hökumətinin sözçüsü Əli Rəbii keçirdiyi həftəlik brifinqdə deyib


“Azərbaycanın ərazi bütövlüyünün tanınması və buna riayət olunmasının vacibliyi ilə əlaqədar İranın mövqeyi tamamilə aydındır”.

Bunu İran hökumətinin sözçüsü Əli Rəbii keçirdiyi həftəlik brifinqdə deyib.

O, İran hökumətinin indiyədək dəfələrlə BMT qətnamələri və beynəlxalq hüquq çərçivəsində Azərbaycanın qanuni haqqını vurğuladığını diqqətə çatdırıb.

Ə. Rəbii qeyd edib ki, İran Azərbaycanın işğal olunmuş ərazisində baş verən hadisələri diqqət və narahatlıqla izləyir: “İki qonşu ölkə olan Azərbaycan və Ermənistan arasındakı münaqişəni sülh yolu ilə həll etmək mümkündür. İran, Türkiyə və Rusiya  BMT Təhlükəsizlik Şurasının  qətnamələrinin icrası sahəsində və ixtilafların həlində hər iki ölkəyə yardım edə bilər”. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti