“Azəriqaz”: Cəbhədəki yaşayış məntəqələrinin qaz təchizatı nəzarətdədir

27-09-2020, 19:05
Oxunub: 688
Birliyin mərkəzi aparatında bu prosesləri tənzimləyən qərargah yaradılıb


“Azəriqaz” İstehsalat Birliyi təmas xəttində yerləşən yaşayış məntəqələrinin qaz təchizatı ilə bağlı məsələləri nəzarətə götürüb və bu istiqamətdə təxirəsalınmaz vacib tədbirlərin görülməsi üçün Regional Qaz istismarı İdarələrinə tapşırıqlar verilib.

İstehsalat Birliyindən Report-a verilən məlumata görə, hazırda bir sıra idarələrin vəzifəli şəxsləri, eyni zamanda bütün əməkdaşları döyüş şəraitinin tələbləri gözlənilməklə cəbhə zonasında operativ iş rejimində fəaliyyət göstərirlər. Birliyin mərkəzi aparatında bu prosesləri tənzimləyən qərargah yaradılıb. Qərargah gücləndirilmiş rejim seçməklə döyüşlərin getdiyi ərazilərdə qaz təsərrüfatı üçün təhlükəli durum yaranarsa, qəza hallarının operativ şəkildə aradan qaldırılmasına tam hazırdır.

Cəbhə xəttində yerləşən rayonlarda lazımı ehtiyat tədbirləri görülür, əhalinin o cümlədən xüsusi əhəmiyyətli obyektlərin qaz təminatı ilə bağlı məsələlər nəzarətdə saxlanılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti