NATO-nun xüsusi nümayəndəsindən cəbhədəki vəziyyətlə bağlı açıqlama

27-09-2020, 17:59
Oxunub: 687
"Tərəflər mülki itkilərlə nəticələnən hərbi əməliyyatları dərhal dayandırmalıdır"


“NATO Dağlıq Qarabağ münaqişəsi zonasında irimiqyaslı hərbi əməliyyatların baş verməsi barədə xəbərlərdən çox narahatdır”.

Report xəbər verir ki, bu barədə NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın açıqlamasında bildirilib.

“Tərəflər mülki itkilərlə nəticələnən hərbi əməliyyatları dərhal dayandırmalıdır. Bu münaqişənin hərbi həlli yoxdur. Tərəflər münaqişənin sülh yolu ilə həll edilməsi üçün danışıqları bərpa etməlidirlər. NATO ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”, - açıqlamada vurğulanıb.

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti