"Azərişıq" cəbhədəki vəziyyətlə bağlı qərargah yaratdı

27-09-2020, 17:30
Oxunub: 700
"Erməni silahlı qüvvələri tərəfindən atılan mərmilər bəzi yerlərdə elektrik enerjisi xəttlərinin zədələnməsinə səbəb olub"


Cəbhə xəttində yaşanan hadisələrlə əlaqədar olaraq “Azərişıq” ASC-də Xüsusi Qərargah yaradılıb.

Bu barədə Report-a qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib.

Onun sözlərinə görə, təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində “Azərişıq” ASC əməkdaşlar növbətçilik əsasında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

"Erməni silahlı qüvvələri tərəfindən atılan mərmilər bəzi yerlərdə elektrik enerjisi xəttlərinin zədələnməsinə səbəb olub. Ərazidə olan “Azərişıq” ASC əməkdaşları operativ şəkildə elektrik xətlərini təmir edirlər. Cəbhə xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və böyük həcmdə əlavə mal- material göndərilib. Bütün cəbhə boyu rayonlarda xüsusi əhəmyyətli binalar əlavə olaraq generatorlarla təmin edilib.

Məqsəd ən çətin məqamlarda belə vətəndaşlarmızı fasiləsiz və dayanıqlı şəkildə elektrik enerjisi ilə təmin etməkdir. Sərhəd rayonlarına ezam olunan “Azərişıq” ASC-nin rəhbər heyyəti vəziyyətə yerindəcə nəzarət edir və mütamadi olaraq əməkdaşları təlimatlandırır".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti