Gəncədə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılıb

26-09-2020, 16:58
Oxunub: 48
Dezinfeksiya işləri şənbə və bazar günləri gücləndirilmiş rejimdə davam etdirilib


Xüsusi karantin rejiminin yumşaldılmasına baxmayaraq Gəncədə aparılan tibbi-profilaktiki işlər davam etdirilir.

Etatist.com-un məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə gündəlik aparılan dezinfeksiya işləri şənbə və bazar günləri gücləndirilmiş rejimdə davam etdirilib.

Şəhərin mərkəzində yerləşən küçə və prospektlər, qəsəbələr, çoxmənzilli yaşayış binaların girişləri, mərtəbələrini, uşaq meydançaları, əhali sıxlığı təşkil edən bütün əraziləri, park və xiyabanlar, açıq hava idman qurğuları, habelə poçt şöbələri, bank və bankomatların qarşısında dezinfeksiya işləri aparılıb.

Həmçinin su çiləyən maşınlarla şəhərinin mərkəzi prospekt və küçələri, o cümlədən, Nizami Gəncəvi, Heydər Əliyev, Şah İsmayıl Xətai, Atatürk, Nəriman Nərimanov prospektləri, Azərbaycan bayrağı, Dədə Qorqud Cavadxan və digər küçələri dezinfeksiya edici məhlulla yuyulub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti