Pakistanın yeni səfiri: "Ermənistanın təxribatları beynəlxalq hüquqa ziddir"

25-09-2020, 19:44
Oxunub: 48
Bunu Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Bilal Hayee bildirib


"Ermənistanın Azərbaycana qarşı təxribatçı əməlləri, atəşkəsin mütəmadi pozulması beynəlxalq hüquqla bir araya sığmır".

Bunu Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Bilal Hayee jurnalistlərlə görüşü zamanı bildirib.

“Pakistan bu məsələdə daim Azərbaycanın yanında olacaq. Biz Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinə tərəfdarıq. Xatırlatmaq istərdim ki, Pakistan Ermənistanı Azərbaycana qarşı işğalçı siyasətinə görə tanımayan yeganə dövlətdir”, - səfir vurğulayıb.

Azərbaycanla hərbi əməkdaşlığın uğurla inkişaf etdiyini dilə gətirən pakistanlı diplomat həmçinin antiterror əməliyyatları sahəsində xeyli müsbət təcrübəyə malik olduqlarını da diqqətə çatdırıb. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti