Bakının ticarət dövriyyəsi 1% azalıb

25-09-2020, 19:10
Oxunub: 61
Bakının ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə azalaraq 13 472,8 mln. manat olub


Bu ilin yanvar-avqust aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9% azalaraq 13 472,8 mln. manat olub.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,1% artaraq 6 613,7 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,3% azalaraq 6 859,1 mln. manata bərabər olub. İstehlak məhsullarının 31%-i hüquqi şəxs statuslu müəssisələrdə, 46,5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,5%-i isə paytaxtın məhsul bazarlarında satılıb. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti