G20 ölkələrinin energetika nazirlərinin iclası sentyabrın sonunda keçiriləcək

25-09-2020, 18:50
Oxunub: 54
"Toplantı 27-28 sentyabr 2020-ci il tarixlərində Səudiyyə Ərəbistanının sədrliyi ilə keçiriləcək"


Sentyabrın 27-28-də G20 ölkələrinin energetika nazirlərinin iclası keçiriləcək.

APA-Economics xəbər verir ki, bu barədə tədbir təşkilatçılarının məlumatında deyilir.

"G20 ölkələrinin energetika nazirlərinin toplantısı 27-28 sentyabr 2020-ci il tarixlərində Səudiyyə Ərəbistanının sədrliyi ilə keçiriləcək. Tədbirdə enerji bazarının sabitliyi və təhlükəsizliyi mövzusunda əməkdaşlığı gücləndirmək və davamlı enerji sistemlərinin təşviqi və inkişafını müzakirə olunacaq", - məlumatda deyilir.

Bundan başqa, enerji resurslarına qlobal çıxışı da tədbirin müzakirə mövzularından biri olacaq. Nazirlərin görüşü onlayn formatda təşkil olunacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti