TƏBİB-də yeni təyinat olub

25-09-2020, 18:33
Oxunub: 61
Bu vəzifəyə Akif İrzaxan oğlu Qurbanov gətirilib


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)  V.Y.Axundov adına Elmi-Tədqiqat Profilaktika İnstitunda elmi işlər üzrə direktor müavini vəzifəsinə təyinat olub.

TƏBİB-dən Report-a verilən məlumata görə, bu vəzifəyə Akif İrzaxan oğlu Qurbanov gətirilib. 

Tibb üzrə elmlər doktoru, professor Akif Qurbanov Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 13 iyun tarixli Sərancamı ilə “Əməkdar müəllim” adına layiq görülüb.

Bundan öncə, 2005 – 2011 Azərbaycan Tibb Universiteti, Tibbi mikrobiologiya və immunologiya kafedrasının dosenti, 2012- 2019 Azərbaycan Tibb Universiteti, Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri olaraq çalışıb.

Eyni zamanda Azərbaycan Tibb Universiteti, Elmi Tədqiqat Tədris-Klinik Mikrobiooji Laboratoriya həkimi, Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının professoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti