Türkmənistanda parlament ikipalatalı olacaq

25-09-2020, 15:16
Oxunub: 75
Hazırda Türkmənistanın birpalatalı Məclisi 125 deputatdan ibarətdir


Türkmənistan Xalq Şurası Konstitusiyaya dəyişikliklər və əlavələr barədə Konstitusiya qanununu təsdiq edib.

Qanuna əsasən, Türkmənistanda ikipalatalı parlamentin yaradılması nəzərdə tutulur.

Xalq Şurasının iclası ölkə prezidentinin rəhbərliyi altında virtual rejimdə keçirilib.

 Ölkədə ikipalatalı parlamentin 2021-ci il yanvarın 1-dən yaradılması planlaşdırılır. Yeni parlament Milli Şura (Milli Gengeş) adlandırılacaq və Xalq Şurası və Məclisdən ibarət olacaq.

Hazırda Türkmənistanın birpalatalı Məclisi 125 deputatdan ibarətdir.(Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti