ABŞ-da 17 ildən sonra ilk dəfə afroamerikalı edam edilib

25-09-2020, 13:16
Oxunub: 77
Bu barədə "Associated Press" məlumat yayıb


ABŞ-da 17 ildən sonra ilk dəfə federal səviyyədə mühakimə olunan qara dərili cinayətkar barəsində  edam hökmü verilib.

Bu barədə "Associated Press" məlumat yayıb.

1999-cu ildə iki nəfərin qətlində təqsirli bilinən Kristofer Vialvaya verilən hökm Terre-Hot (İndiana ştatı - Red) şəhərindəki həbsxanada icra edilib. Müttəhimi müdafiə edən vəkil bildirib ki, hakimin qərarına irqçilik təsir edib.

Son dəfə ABŞ-da federal səviyyədə edam hökmü 2003-cü ildə verilib. O vaxtdan bəri, ölümcül iynələrin istifadəsi qaydalarının razılaşdırılmaması səbəbindən bir növ qeyri-rəsmi moratorium mövcud idi.

Nəşr qeyd edib ki, ölkədə ölüm hökmü son illərdə dövlət səviyyəsində davam edir. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti