Meyitdən donor orqanların götürülməsi qaydası müəyyənləşir

25-09-2020, 12:18
Oxunub: 38
Bu, sentyabrın 30-da Milli plenar iclasında müzakirəyə çıxarılacaq qanun layihəsində əksini tapıb


Meyitdən donor orqanların götürülməsi və transplantasiyası qaydası müəyyənləşir.

Bu, sentyabrın 30-da Milli plenar iclasında müzakirəyə çıxarılacaq “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, şəxs sağlığında meyitinin, orqan və (və ya) toxumalarının transplantasiya məqsədi ilə yazılı razılığını bildirərsə, ölümündən sonra onun meyiti, orqanları istifadə oluna bilər. Şəxs sağlığında orqan donorluğu ilə bağlı məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra arvadının (ərinin), bu şəxs olmadıqda yetkinlik yaşına çatmış övladlarından və valideynlərindən birinin, onlar olmadıqda isə qardaşının (bacısının) yazılı razılığı ilə onun orqanlarının transplantasiya, tədris və elmi məqsədlə götürülməsinə yol verilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti