İranda kiçik təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var

25-09-2020, 11:51
Oxunub: 37
Qəza Nəzərabad şəhərinin Əhmədabad hava limanının enmə zolağında baş verib.


İranın Qəzvin əyalətində kiçik təyyarə qəzaya uğrayıb.

Qəza Nəzərabad şəhərinin Əhmədabad hava limanının enmə zolağında baş verib.

Sosial şəbəkələrdə pilotun öldüyü iddia edilsə də, İran Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Müctəba Xalidi bu xəbərləri təkzib edib. O qeyd edib ki, yerli vaxtla saat 08:08-də baş verən qəza zamanı pilot və pilot köməkçisi xəsarət alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı araşdırma aparılır. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti