İranla Naxçıvan arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib

25-09-2020, 12:30
Oxunub: 46
Nazir təbii və qeyri-təbii fəlakətlərlə əlaqəli bir sıra təlim tədbirlərinin keçirildiyini qeyd edib.


İranın Naxçıvandakı Baş konsulu Seyid Əhməd Hüseyni Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayevlə görüşüb.

Görüşdə fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Nazir təbii və qeyri-təbii fəlakətlərlə əlaqəli bir sıra təlim tədbirlərinin keçirildiyini qeyd edib.

O, Rusiya ilə əməkdaşlıq nəticəsində təlim şöbələrinin yaradıldığını vurğulayıb.

Ş. Abdullayev onu da bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi müasir avadanlıqlarla təchiz olunub. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti