Kim Çen In Cənubi Koreyadan üzr istədi

25-09-2020, 12:19
Oxunub: 211
Rəsmi Pxenyanın məlumatında bu hadisəyə görə təəssüf hiss keçirildiyi vurğulanıb


Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı Kim Çen In Cənubi Koreya vətəndaşının öldürülməsinə görə rəsmi Seuldan üzr istəyib.

Bu barədə məlumatı “NK News” yayıb.

Rəsmi Pxenyanın məlumatında bu hadisəyə görə təəssüf hiss keçirildiyi vurğulanıb.

Qeyd edək ki, bu həftənin əvvəlində Cənubi Koreyanın Balıqçılıq Departamentinin əməkdaşı KXDR hərbçiləri tərəfindən tutulub və daha sonra öldürülüb.

Rəsmi Seul vətəndaşının Şimali Koreyanın “koronavirusla mübarizə çərçivəsində” öldürülərək yandırıldığını açıqlayıb.(report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti