Azərbaycanda son sutkada 162 nəfər COVID-19-a yoluxub

24-09-2020, 15:46
Oxunub: 45
analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etatist.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39686 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37255 nəfər müalicə olunaraq sağalıb, 581 nəfər vəfat edib, aktiv xəstə sayı 1850 nəfərdir.

 
Ölkədə son sutka ərzində 7618, hazırkı dövrədək isə1080873 test aparılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti