226 məktəbdə koronavirusla bağlı dəstək komandaları yaradılıb

24-09-2020, 17:57
Oxunub: 54
ümumilikdə, 300 məktəblinin dostu və 700 könüllü bu işə cəlb olunub.


Bakı, Abşeron və Sumqayıt üzrə sıxlıq müşahidə edilən məktəblərdə koronavirusla bağlı zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə “Məktəblinin dostu” və “Bir” tələbə-könüllü layihələri üzrə dəstək komandaları təşkil edilib.

Təhsil Nazirliyindən Etatist.com-a bildirilib ki, ümumilikdə, 300 məktəblinin dostu və 700 könüllü bu işə cəlb olunub. Komandalar Bakı şəhəri üzrə 186, Sumqayıt şəhəri üzrə 20, Abşeron rayonu üzrə 20 məktəb olmaqla, ümumilikdə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir.

Qeyd edək ki, 2016-cı ilin dekabrından fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər. Layihə ümumilikdə 400 minə yaxın şagirdi əhatə edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti