ABŞ-da etirazlar zamanı polis əməkdaşları güllə yarası alıb

24-09-2020, 17:46
Oxunub: 45
Luisvilldə etirazlar və qarışıqlıqlar çərşənbə günü başlayıb.


ABŞ-ın Kentukki ştatının ən böyük şəhəri Luisvilldə keçirilən etiraz aksiyaları zamanı naməlum şəxslərin açdığı atəş zaman iki polis əməkdaşı yaralanıb.

Bu barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən yerli WLKY telekanalı bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının səhhəti barədə məlumat verilmir. Daha əvvəl şəhərin polis idarəsinin nümayəndələri jurnalistlərə bildiriblər ki, aksiya zamanı bir polis güllə yarası alıb.

Luisvillin Federal Təhqiqatlar Bürosunun (FTB)  bölməsinin "Twitter" səhifəsində bildirilir ki, polisin yaralandığı əraziyə xüsusi təyinatlı dəstənin silahlıları göndərilib. Büronun əməkdaşları araşdırma aparmağa kömək edəcəklər.

Luisvilldə etirazlar və qarışıqlıqlar çərşənbə günü başlayıb.(report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti