Qazaxıstanda ölüm hökmü ləğv edildi

24-09-2020, 12:10
Oxunub: 49
Bu barədə ölkənin Xarici İşlər Nazriliyi bəyanat yayıb


Qazaxıstan beynəlxalq protokollara qoşularaq ölüm hökmünü ləğv edib.

Bu barədə ölkənin Xarici İşlər Nazriliyi bəyanat yayıb.

Bildirilib ki, Qazaxıstanın BMT-nin mənzil-qərargahındakı daimi nümayəndəsi Kayrat Umarov ölüm hökmünün ləğvi barədə ikinici protokolu imzalayıb.

Qeyd edək ki, Qazaxıstan 2003-cü ildən ölüm hökmünə müddətsiz moratorium qoymuşdu. 2004-cü ildən başlayaraq bu hökm ömürlük azadlıqdan məhrumetmə cəza ilə əvəzlənib.

Hazırda Qazaxıstanda barəsində ölüm hökmü çıxarılan 1 nəfər var. “Almatı atıcısı” olaraq tanınan Ruslan Kulekbayev 2016-cı ildə 10 nəfəri güllələyərək öldürmüşdü. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti