Ramil Usubovdan yeni təyinatlar

28-06-2013, 16:49
Oxunub: 10617


Bakıda iki polis bölməsinin rəisi yeni təyinat alıb.
 
Etatist.com-un apa-ya istinadən məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Bakının Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi İsfəndiyar Mehbalıyev tutduğu vəzifədən azad edilərək Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsin rəis təyin olunub. 3-cü Polis Bölməsinin rəisi Zaur Məmmədov isə 34-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
 
Qeyd edək ki, İ. Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin oğludur. 
Şərhlər : 1 Şərh yaz
Demosfen 28 iyun 2013 23:30  
Polis sistemində yerində olan,yəni öz savadına(imkanına,puluna yox),bacarığına görə rəis olan son 20 ildə olmayıb.Yaxşılar da özlərindən əskiylərə ,savadsız rəislərə tabe olmayıb,xaric olurlar,nəticədə açılmamış xüsusilə ağır və ağır cinayətlər qalır,gizlədilir,qeydiyyata alınmır.Polis rəisi gördüyü işlərə,"palaza"görə qiymətləndirilməli,rəis təyin edilməlidir,bizdə isə 20 ildir ki, ən qabaqcıllar 1001 bəhanələrlə,paxıllıq və qısqanclıqdan yuxarılara barələrində yalan məlumatlar verməklə mənfi fikir yaradılır və sifarişlə xaric etdirilir.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti