Yaponiyalı qadının uzunömürlülük rekordu qırmasına saatlar qalır

18-09-2020, 13:52
Oxunub: 57
Bu barədə material hazırlayan NHK telekanalı onu yeni rekorddan saatlar ayırdığını bildirib


Ginnesin Rekordlar Kitabına hazırda planetin ən yaşlı sakini kimi daxil olan yaponiyalı Kane Tanakanın bü gün 117 yaş 260 günü tamam olub.

Bu barədə material hazırlayan NHK telekanalı onu yeni rekorddan saatlar ayırdığını bildirib.

İş ondadır ki, 117 yaş 260 günlük ömürlə Kane Tanaka bu günə qədər uzunömürlülükdə Yaponiya rekordçusu olan və 2018-ci ilin aprelində vəfat edən Nabi Tacimanın rekorduna şərik olub. Başqa sözlə, həyatının hər növbəti günündə Kane Tanaka Yaponiya rekordunu yeniləyəcək.

Qeyd edək ki, Kane Tanaka 1903-cü il yanvarın 2-də anadan olub. Qadın şokolad və qazlı içkilər sevir və 120 yaşa qədər yaşayacağına ümid edir.

Son məlumatlara görə, hazırda Yaponiyada yaşı 100-dən çox olan 80 mindən çox insan var və onların 88%-i qadınlardır. Maraqlıdır ki, 1963-cü ildə Yaponiyada 100 yaşdan yuxarı yalnız 153 nəfər olub, lakin 1981-ci ildə onların sayı minə, 1998-ci ildə isə 10 minə çatıb. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti