Baş Nazirin müavini İran səfiri ilə görüşüb

18-09-2020, 11:06
Oxunub: 65
çərşənbə günü İran və Azərbaycanın Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərləri arasında onlayn danışıqlar aparılıb.


Azərbaycan Baş Nazirinin müavini, Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının həmsədri Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Tərəflər iki ölkə arasında iqtisadi əlaqələr və əməkdaşlıq məsələlərini müzakirə etmək üçün ötən gün görüşüblər.

Görüşdə ikitərəfli münasibətlərin, xüsusilə iqtisadi, ticarət sahəsindəki son vəziyyəti, birgə layihələr və iki dost və qonşu ölkə arasındakı əlaqələrin və əməkdaşlığın genişləndirilməsi yolları nəzərdən keçirilib. 

İki saat davam edən görüş zamanı, tərəflər iki ölkə arasındakı birgə iqtisadi əməkdaşlıqla bağlı hazırkı prosesləri, inkişaf və maneələri müzakirə ediblər. 

Həmçinin, çərşənbə günü İran və Azərbaycanın Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərləri arasında onlayn danışıqlar aparılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti