Əmək müqaviləsi ilə çalışan əlil şəxslərin sayı açıqlanıb

18-09-2020, 10:57
Oxunub: 54
altsistem üzərindən mütəmadi təhlillər, analizlər və nəzarət tədbirləri həyata keçirilir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişi” e-sistemində 1 milyon 600 mindən çox müqavilə bildirişi mövcuddur.

ƏƏSMN-dən Etatist.com-a verilən məlumata görə, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən altsistem üzərindən mütəmadi təhlillər, analizlər və nəzarət tədbirləri həyata keçirilir.

Altsistemdə hazırda mövcud olan müqavilə bildirişlərinin 56 066-sı əlilliyi olan şəxslərlə bağlanılan müqavilələrə məxsusdur. Rəsmi əmək münasibətində olan əlilliyi olan şəxslərin 754-ü birinci, 41 min 496-sı ikinci, 13 min 803-ü isə üçüncü qrup əlillərə aiddir. Həmçinin qeyd edək ki, altsistemdə olan əmək müqaviləsi bildirişlərinin 13-ü sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara məxsusdur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti