Jurnalist məktəblərin vəziyyəti ilə bağlı prezidentə müraciət etdi - Fotolar

17-09-2020, 20:33
Oxunub: 231
Məlumat üçün bildirək ki, 1 saylı orta məktəb 1981-ci ildə istifadəyə verilib


Masallı rayonunun ən böyük qəsəbəsi olan Ərkivan qəsəbəsindəki bu iki məktəbin fotolarına baxanda heç cür inanmaq olmur ki, bunlar məktəbin fotolarıdır. Ərkivan qəsəbəsində yerləşən 1 və 5 saylı orta məktəbin vəziyyəti atılmış, dağıdılmış, illərdir heç kimin yaşamadığı, baş çəkmədiyi tikilinin vəziyyətindən heç də fərqlənmir.

Etatist.com xəbər verir ki, bu fotoları jurnalist Cəfər Cəfərov öz Feysbuk hesabında paylaşıb. Məlumat üçün bildirək ki, 1 saylı orta məktəb 1981-ci ildə istifadəyə verilib. O vaxtdan da heç vaxt təmir edilməyib. Jurnalist C.Cəfərovun bildirdiyinə görə Masallı Rayon Təhsil Çöbəsinin sədri Taryel Ələkbərova müraciət etsə də, məktəbin təmiri ilə bağlı heç bir iş görülməyib.

C.Cəfərovun asiya.az saytında yayımlanan yazıda, həmçinin o da bildirilir ki, Ərkivan qəsəbəsinin tam qazlaşdırılmasına baxmayaraq məktəbin sinif otaqları hələ də odun sobaları ilə qızdırılır: “Daha doğrusu məktəb divarlarının suvağının tökülməsi, çatlaması, pəncərə şüşələrinin qırıq olmaması, döşəmənin dağılmasına səbəbindən qış aylarında sinif otaqları qızmır.

Məktəbin dam örtüyü yararsız olduğundan yağıntı suları məktəbin içinə tökülür. Şagirdlər yağıntı suları altında, soyuq, ala qaranlıq sinif otaqlarında dərs alırlar. Bu səbəblərdən qış aylarında şagirdlər tez-tez xəstələnir, dərsə davamiyyətdən geri qalırlar”.

Onu da əlavə edək ki, jurnalist məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edib.

 

 

 

 

 

 

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti