Milli Məclisin İntizam komissiyasının Əsasnaməsinin layihəsi plenar iclasa tövsiyə edilib

17-09-2020, 18:03
Oxunub: 68
Onların bir hissəsi də intizam məsələləri ilə bağlı idi


Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının birgə iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyə  Milli Məclisin İntizam komissiyasının Əsasnaməsinin layihəsi haqqında məsələ daxildir.

 Ə. Hüseynli qeyd edib ki, Azərbaycan Konstitusiyası, Milli Məclisin Daxili Nizamnaməsi, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun intizam məsələlərini özündə ehtiva edir: “Prezident İlham Əliyev Altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında parlamentə bir sıra tövsiyələr verib. Onların bir hissəsi də intizam məsələləri ilə bağlı idi”. (APA)

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti