Qazaxıstanda yerli koronavirus vaksininin sınaqları başladı

17-09-2020, 17:55
Oxunub: 61
Təhsil və Elm Nazirliyinin bildirdiyinə görə yeni dərman Bioloji Təhlükəsizlik Problemləri Elmi Tədqiqatlar İnstitutunda hazırlanıb


Qazaxıstanda koronavirusa qarşı “QazCovid-in” adlı peyvənd dərmanının klinik sınaqlarına başlanıl;b.

Təhsil və Elm Nazirliyinin bildirdiyinə görə yeni dərman Bioloji Təhlükəsizlik Problemləri Elmi Tədqiqatlar İnstitutunda hazırlanıb.

Sınaqlara 18-50 yaş həddində könüllülər cəlb edilir. Sınaqların birinci mərhələsində 44 nəfərin iştirakı ilə dərmanın təhlükəsizlik səviyyəsi, ikinci mərhələsində 200 nəfərin iştirakı ilə immunogenlik xüsusiyyətləri araşdırılacaq.

Təhsil və elm nazirinin müavini Miras Dəvlenovun dediyinə görə? bütövlükdə sınaqlarda iştirak etmək istəyən 688 nəfərin ərizələri təsdiq olunub. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti