Qanunsuz balıq ovlayan şəxs saxlanılıb

17-09-2020, 11:50
Oxunub: 61
"Qanun pozucusundan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb"


Qızılağac Milli Parkının və Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının sentyabrın 16-da birgə keçirdikləri növbəti nəzarət tədbirləri zamanı milli parkın ərazisində, Kiçik Körfəzin su akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb. 

Etatist.com xəbər verir ki, bunu Xidmətin rəis əvəzi Firuddin Əliyev bildirib. 

“Araşdırma zamanı brakonyerin Lənkəran rayon Nərimanabad qəsəbə sakini Sabir Hüseynov olduğu və təbiətə 1 056 manat ziyan dəydiyi məlum olub. Qanun pozucusundan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün hazırda istintaq aparılır”, - rəis əvəzi qeyd edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti