XİN: Azərbaycan Ukraynanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir

17-09-2020, 11:48
Oxunub: 80
"Biz Ukrayna ilə strateji tərəfdaşlıq və dostluğumuzun daha da dərinləşdirilməsində qətiyyətliyik"


“Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir”.

Report xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) açıqlayıb.

“Biz Ukraynanın yeni təhlükəsizlik konsepsiyasında Azərbaycanın bu ölkənin strateji tərəfdaşlarından biri kimi müəyyən edilməsini yüksək qiymətləndiririk. Biz Ukrayna ilə strateji tərəfdaşlıq və dostluğumuzun daha da dərinləşdirilməsində qətiyyətliyik”, - qeyd olunub.

Qeyd edək ki, ötən gün Ukraynada ölkənin milli təhlükəsizlik üzrə yeni strategiyası təsdiq olunub. Strategiyada Azərbaycan Ukraynanın strateji tərəfdaşı kimi qeyd edilib. Belə ki, sənədin 36-cı maddəsində Azərbaycanla yanaşı Türkiyə, Gürcüstan, Litva və Polşanın Ukraynanın strateji tərəfdaşı olduğu bildirilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti