Azərbaycanın illik su təsərrüfatı balansı təsdiqlənib

16-09-2020, 20:38
Oxunub: 39
Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb


Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 207 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası”nda dəyişiklik edilib. 

Report-un məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 207 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 942) ilə təsdiq edilmiş “Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası”na 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının illik su təsərrüfatı balansı” yeni redaksiyada təsdiq edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti