"Ankara və Moskva Liviya üzrə razılıq əldə etməyə yaxındır"

17-09-2020, 03:05
Oxunub: 42
"Dünən Ankarada Liviya ilə bağlı danışıqlar aparıldı, bu gün Suriya mövzusunda aparılır"


Ankaradakı danışıqlar zamanı Türkiyə və Rusiya nümayəndə heyətləri Liviyada atəşkəs şərtləri ilə bağlı razılığa yaxınlaşdılar.

Report xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

"Dünən Ankarada Liviya ilə bağlı danışıqlar aparıldı, bu gün Suriya mövzusunda aparılır. Liviyada atəşkəs şərtləri ilə bağlı razılığa yaxın olduğumuzu söyləyə bilərik", - deyə türkiyəli nazir bildirib.

Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında qurumlararası danışıqlar 15 və 16 sentyabr tarixlərində Ankarada aparılırdı.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti