OPEC+ ölkələri avqustda sazişi 101% yerinə yetirib

16-09-2020, 17:26
Oxunub: 46
OPEC ölkələri avqustda neft hasilatını 4,96 milyon barel/gün azaldaraq 21,7 milyon barel/gün səviyyəsinə endirib


OPEC+ ölkələri avqust ayında sazişə əsasən, neft hasilatını gündəlik 7,777 milyon barel azaldıb ki, bu da öhdəlikləri 1% üstələyib.

Report TASS-a istinadən xəbər verir ki, bunu OPEC+ Texniki Komitəsinin bugünkü iclas üçün hazırlanmış ilkin hesabatından görmək olar.

Sənədə əsasən, İran, Liviya və Venesuela istisna olmaqla, OPEC ölkələri avqustda neft hasilatını 4,96 milyon barel/gün azaldaraq 21,7 milyon barel/gün səviyyəsinə endirib. Bu isə sazişə 102% əməl etmək deməkdir. Qeyri-OPEC ölkələri isə sazişi 99% yerinə yetirərək gündəlik neft hasilatını 4,55 milyon barel azaldaraq 12,62 milyon barel/gün səviyyəsinə endirib.

Eyni zamanda razılaşma tərəfləri may-iyul aylarında icazə verilən həddən artıq hasilat üçün kompensasiya öhdəliklərini yerinə yetirməyiblər. Əvvəlki aylarda neft hasilatını yetərincə azaltmış ölkələrin avqust-sentyabr aylarında 2,3 milyon barel/gün geriliyi tam kompensasiya etməsi lazım idi. Başqa sözlə, bu iki ayda OPEC+ ölkələri hasilatı ümumilikdə 8,85 milyon barel/gün azaltmalı idi. Ancaq avqust ayında nəticə gözləniləndən 1 milyon barel/gün az olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti