OECD qlobal iqtisadiyyatla bağlı yeni proqnoz verib

16-09-2020, 16:44
Oxunub: 47
İqtisadiyyatın kiçilməsi Avropa İttifaqında 4,1%, ABŞ-da isə 3,8% olacaq


Bu il qlobal iqtisadiyyat koronavirus pandemiyası ilə əlaqədar 4,5% kiçiləcək, gələn il isə 5% böyüyəcək.

Report xarici mətbuata istinadən xəbər verir ki, bu proqnozla İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) çıxış edib. 

Qurum bəyan edib ki, bu il ən çox iqtisadi geriləmə Cənubi Afrikada (11,5%), Argentinada (11,2%) və Hindistanda (10,1%) yaşanacaq. İqtisadiyyatın kiçilməsi Avropa İttifaqında 4,1%, ABŞ-da isə 3,8% olacaq. 

"İqtisadi tənəzzül gözlənildiyi kimi dərin olmayacaq, amma bir qədər sonra iqtisadi aktivliyi artırmaq üçün dövlətlərin (hökumətlərin), o cümlədən mərkəzi bankların dəstəyinə ehtiyac olacaq", - deyə OECD-nin açıqlamasında qeyd olunub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti