Rusiya oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa edə bilər

16-09-2020, 15:50
Oxunub: 48
koronavirus pandemiyasına görə bu ilin martın 18-dən Rusiya MDB ölkələri ilə sərhədini bağlayıb,


Rusiya hökuməti oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa edə bilər.

Bu barədə məlumatlı mənbə bildirib.

Mənbənin bildirdiyinə görə, Rusiya hakimiyyəti oktyabrda MDB ölkələrinin paytaxtları ilə hava nəqliyyatının bərpasını mümkün hesab edir. İlk növbədə Nur-Sultan, Daşkənd, Bakı və İrəvanla hava nəqliyyatının bərpa olunması nəzərdə tutulur.

Qeyd edək ki, koronavirus pandemiyasına görə bu ilin martın 18-dən Rusiya MDB ölkələri ilə sərhədini bağlayıb, bütün müntəzəm və çarter reysləri dayandırılıb.  (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti