Rusiyada milliyyətçi hərəkatın lideri istintaq təcridxanasında ölü tapılıb

16-09-2020, 15:47
Oxunub: 68
Onun intihar etdiyi bildirilib.


Rusiyada azərbaycanlını qətlə yetirən “Restrukt” milliyyətçi hərəkatının lideri, “Tesak” ləqəbli Maksim Martsinkeviç Çelyabinskdəki istintaq təcridxanasında ölü tapılıb.

Onun intihar etdiyi bildirilib.

Qeyd edək ki, “Tesak” 2018-ci ilin dekabrında cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun liderlik etdiyi təşkilat “narkotacirlərlə mübarizə” adı altında qeyri-rus millətindən olan şəxslərə hücumlar təşkil edib. Milliyyətçi “Restrukt”un qurbanlarından biri də Azərbaycan vətəndaşı Zaur Alışov olub. Bu təşkilata daxil olan bir qrup milliyyətçi quldur 2017-ci ildə həmyerlimiz Zaur Alışova hücum edərək onu vəhşicəsinə döyüb qətlə yetiriblər.

Bundan başqa “Tesak”ın dəstəsi qeyri-rus millətindən olan şəxsləri döyərək videoya çəkib internetdə yayıblar. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti