Aleksey Navalnıda “Noviçok” nümunələri tapıldı

16-09-2020, 07:21
Oxunub: 33
Qeyd edilir ki, o, bununla bağlı heç bir sübut göstərməyib


Rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnının nümunələrini araşdıran İsveçin Müdafiə Tədqiqat İnstitutunun (FOI) əməkdaşı Osa Skott bildirib ki, testin nəticələrindəki “Noviçok” maddələr qrupuna aid olan neyrotoksinin olması siyasətçinin zəhərlənməsinə dəlalət edir.

Bu barədə “Spiegel” nəşri bildirib.  

Qeyd edilir ki, o, bununla bağlı heç bir sübut göstərməyib.

Nəşrin məlumatına görə, Almaniya Navalnının bədənində zəhərin aşkarlanması iddiasından sonra onun qan nümunəsini Bundesver laboratoriyasının Umeo şəhərində yerləşən şöbəsinə göndərib.

"Cənab Navalnının nümunələrində “Noviçok” qrupundan olan neyrotoksin olduğunu birmənalı şəkildə təsdiq edə bilərik. “Noviçok” qrupundakı neyrotoksinlər son dərəcə zəhərlidir. Bir damla öldürə bilər", - deyə institutun Kimyəvi, bioloji və radioaktiv maddələr şöbəsinin rəhbəri Skott “Spiegel”ə bildirib.

Nəşr qeyd edib ki, Skott Navalnıda tapılan “Noviçok”un versiyası haqqında daha dəqiq məlumat verməyib.

Avqustun 22-də Rusiyanın Omsk şəhərinin Təcili Tibbi Yardım xəstəxanasında müalicə alan Aleksey Navalnı xüsusi tibbi təyyarə vasitəsi ilə Almaniyaya aparılıb. O, hazırda Berlin şəhərindəki "Şarite" Klinikasında müalicəsini davam etdirir.

Xatırladaq ki, 20 avqustda rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən halı pisləşib. İlkin məlumata görə, siyasətçi naməlum maddə ilə zəhərlənib. (Report)

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti