Yaponiya hökuməti istefaya getdi

16-09-2020, 08:10
Oxunub: 51
Qeyd edilir ki, ölkə parlamenti yaxın saatlarda Nazirlər Kabinetinin yeni başçısını təsdiq edəcək


Yaponiyada baş nazir Sindzo Abenin rəhbərlik etdiyi hökumət tam heyətdə istefaya gedib.

Bu barədə "Kiodo" agentliyi xəbər verib.

Qeyd edilir ki, ölkə parlamenti yaxın saatlarda Nazirlər Kabinetinin yeni başçısını təsdiq edəcək.

Yaponiyanına hakim Liberal Demokratik Partiyasının yeni sədri Yoşihide Suqanın baş nazir olacağı gözlənilir.

Sindzo Abe avqustun 28-də gözlənilmədən xroniki xəstəliyinin kəskinləşməsinə görə öz postunu tərk etmək niyyətini elan edib. O, kabinetin yeni başçısının seçilməsinə qədər vəzifədə qalıb. Yaponiya parlamentinin hər iki palatası bu gün səsvermə keçirərək, yeni baş naziri elan edəcək. Baş nazir isə nazirliklərin yeni başçılarını təyin edəcək.

Baş nazir partiyalar tərəfindən təqdim edilmiş namizədlər arasında səs çoxluğu ilə seçilir. Bir qayda olaraq, onlar bu partiyaların liderləridir. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti