ABŞ, Avropa və Yaponiya avqustda neft ehtiyatlarını 30 milyon barel azaldıb

15-09-2020, 18:00
Oxunub: 45
Neft ehtiyatlarında azalma əsasən üç bölgədə müşahidə edilir


İnkişaf etmiş ölkələrin ticari neft ehtiyatları, ilkin məlumatlara görə, beş illik ortalamadan çox olmasına baxmayaraq, avqust ayında azalıb.

Report xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında deyilir.

Neft ehtiyatlarında azalma əsasən üç bölgədə müşahidə edilir. ABŞ-da sənaye ehtiyatları 19,3 milyon barel, Avropada 9,8 milyon barel, Yaponiyada 1,3 milyon barel azalıb.

Eyni zamanda, iyul ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin ticarət ehtiyatları 13,5 milyon barel artaraq 3,225 milyard barelə çatıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti