Tramp Nurməhəmmədovu dünyanın ən güclü döyüşçüsü adlandırdı

15-09-2020, 14:41
Oxunub: 57
ABŞ prezidenti bu görüşə baxacağını bildirib:


ABŞ prezidenti Donald Tramp Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovu dünyanın ən güclü MMA döyüşçüsü adlandırıb.  

Bu barədə Tramp Nurməhəmmədovun oktyabrda ABŞ təmsilçisi Castin Geyci ilə qarşılaşması barədə danışarkən açıqlama verib.

ABŞ prezidenti bu görüşə baxacağını bildirib: "Geyci çəki dərəcələrindən asılı olmayaraq dünyanın reytinqdə bir nömrəli döyüşçüsünə qarşı möhtəşəm qarşılaşmaya çıxacaq. O, rəqibini nakauta salacağını söylədi. Döyüş prezident seçkilərindən əvvəl olacaq, amma izləmək fikrindəyik. İnanılmaz mübarizə olacaq". 

Qeyd edək ki, Həbib Nurməhəmmədov və Castin Geyci arasındakı görüş oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC-254 turniri zamanı gerçəkləşəcək. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti