Bakıda erməni dili kursunun təşkilinə başlanılır

15-09-2020, 14:36
Oxunub: 41
Ərizə qəbulu bu gündən başlayır.


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi növbəti-ikinci dəfə ödənişsiz erməni dili kursu təşkil edir.

Mərkəzdən verilən məlumata görə, kursda erməni dilini başlanğıc səviyyədən öyrənmək istəyən magistr və ya doktorantura dərəcələrinə malik olan dövlət qurumlarının nümayəndələri, jurnalistlər və gələcəkdə elmi fəaliyyətlə məşğul olacaq gənc tədqiqatçılar iştirak edə bilərlər.

Ərizə qəbulu bu gündən başlayır. Müraciət üçün sön tarix sentyabrın 25-dir. Maraqlanan şəxslərdən CV-lərini və işlədikləri qurumdan və ya elmi rəhbərlərindən tövsiyə məktubunu info@aircenter.az ünvanına göndərmələri xahiş olunur.

Dərslər sentyabrın 30-da başlayacaq. Kursun 6 ay müddətində davam etməsi nəzərdə tutulub. Dərslər həftənin çərşənbə günü BMTM-də və şənbə günü onlayn şəkildə keçiriləcək. Hər ayın son dərsində test imtahanı və kursun son dərsində biliklərin qiymətləndirməsinə dair yekun imtahan təşkil olunacaq. Üzrsüz səbəbdən dərsə 2 dəfədən artıq gəlməyən şəxslər proqramdan kənarlaşdırılacaq. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti