ABŞ-ın Oreqon ştatında 10 nəfər meşə yanğınlarının qurbanı olub

15-09-2020, 14:18
Oxunub: 42
"Təəssüf ki, biz yanğınlarla bağlı on nəfərin ölümü haqqında bildik"


ABŞ-ın Oreqon ştatında baş verən meşə yanğınları nəticəsində 10 nəfər həlak olub, daha 22 nəfər itkin düşmüş hesab edilir.

Bu barədə ştatın fövqəladə hallar üzrə idarəsinin rəhbəri Endrü Felps və qubernator Keyt Braun keçirdikləri mətbuat konfransında bildiriblər.

"Təəssüf ki, biz yanğınlarla bağlı on nəfərin ölümü haqqında bildik. Bunu bizim məhkəmə tibbi ekspertlərimiz təsdiq etdilər", - Braun “Twitter”də yayımlanan mətbuat konfransında deyib.

Qubernator qeyd edib ki, təbii fəlakət qurbanlarının sayı artacaq. Braunun məlumatına görə, bununla belə, həftənin sonuna ştatda havanın soyuması səbəbindən vəziyyət yüngülləşəcək.

Keyt Braun həmçinin bildirib ki, Kanada hakimiyyəti, həmçinin Şimal Dakota və Miçiqan ştatları özlərinin yanğınsöndürən dəstələrini Oreqona göndərib.

Milli Qvardiya öz ehtiyatlarından kənd təsərrüfatı işçiləri üçün 250 mindən çox qoruyucu maska ayıracaq. Braun həmçinin əlavə edib ki, ABŞ prezidenti Donald Trampa Oreqonda təbii fəlakət rejiminin elan edilməsi ilə bağlı sorğu göndərib. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti