Alimlər koronavirusun zərərsizləşdiricisini tapdılar

15-09-2020, 13:19
Oxunub: 48
Müvafiq tədqiqatın nəticəsi "Cell" jurnalında dərc edilib.


ABŞ-ın Pittsburq Universitetinin alimləri koronavirusu tamamilə zərərsizləşdirməyə qadir olan zülalı aşkarlayıblar.

Müvafiq tədqiqatın nəticəsi "Cell" jurnalında dərc edilib.

Qeyd edilir ki, söhbət COVID-19-a qarşı “Ab8” preparatının yaradılması üçün istifadə edilən antiteldən 10 dəfə kiçik olan zülali birləşmədən gedir.

Alimlər kiçik zülalın toxumalara yayılma qabiliyyətinin daha yüksək olduğunu və bunun virusun zərərsizləşdirilməsi üçün daha yaxşı olduğunu söyləyiblər.

Həmçinin bildirilir ki, onun molekulları insan hüceyrələrinə bağlanmır, bu da əlavə mənfi təsirləri minimallaşdırmağa imkan verir. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti