Belarus müxalifət lideri qaçırılıb

7-09-2020, 15:05
Oxunub: 502
Maria Kolesnikova maskalı şəxslər tərəfindən məcburi şəkildə avtomobilə mindirilərək naməlum istiqamətə aparılıb.


Belarus müxalifətinin liderlərindən biri, müxalifətin Koordinasiya Şurasının üzvü Maria Kolesnikova qaçırılıb.

Maria Kolesnikova bu gün səhər Minskin mərkəzində naməlum şəxslər tərəfindən qaçırılıb.

Hadisə şahidləri bildirib ki, Maria Kolesnikova maskalı şəxslər tərəfindən məcburi şəkildə avtomobilə mindirilərək naməlum istiqamətə aparılıb.

Hazırda onun telefonu cavab vermir. 

Həbsdə olan Belarus prezidentliyinə namizəd Viktor Babarikonun qərargahının nümayəndəsi Maria Kolesnikova seçki kampaniyası zamanı digər qeydiyyatdan keçməmiş namizəd Valeri Tsepkalonun həyat yoldaşı və prezidentliyə namizəd Svetlana Tixanovskaya  ilə birlikdə mitinqlərdə çıxış edən "Qadın Üçlüyü"nün iştirakçısı kimi məşhurlaşıb. O, hazırda Belarusda olan  "üçlüyün" son üzvüdür. Kolesnikova bir gün əvvəl Minskdə baş tutan kütləvi etiraz yürüşündə iştirak edib. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti