Ermənistanla informasiya müharibəsi məqsədilə platforma yaradıldı

1-08-2020, 20:25
Oxunub: 6597
"Məqsədimiz dünyaya səsimizi çatdırmaqdır"


Azərbaycanda Ermənistanla informasiya mübarizəsi məqsədilə "Karabakh is Azerbaijan" platforması yaradıb.

Platformanı yaradan gənclərin Etatist.com-a verdiyi məlumata görə sayt iyulun 23-dən fəaliyyətə başlayıb və qısa müddətdə "Facebook" üzrə 16 min, "Telegram" üzrə 1000 və "Whatsapp" üzrə əməkdaşlıq etdiyi digər qruplar ilə birlikdə 7000-dən çox üzv toplamağa nail olub.

Platforma üzvləri qeyd edir ki, bütün fərqlilikləri bir kənara qoyaraq ortaq bir hədəf altında birləşiblər.

"Məqsədimiz informasiya müharibəsində iştirak edərək Azərbaycan ordusuna və xalqımıza dəstək olmaq, dünyanı Qarabağ və Azərbaycan həqiqətləri haqqında xəbərdar etməkdir. Siz də bu gənclərlə birlikdə mübarizəyə qoşularaq səsimizi daha çox insana çatdıra bilərsiniz. Hazırda gənclərimizin təşəbbüsü ilə 14 günlük marafon təşkil olunub. Marafonumuzun məqsədi "Twitter" sosial şəbəkəsi üzərindən məkanı müvafiq ölkəyə dəyişərək vahid bir həşteq altında müxtəlif ölkələrin gündəminə düşməklə dünyaya səsimizi çatdırmaqdır. Qarabağ və Azərbaycan həqiqətlərini, ermənilərin bizə qarşı olan aqressiyasını dünya arenasında işıqlandırmaq üçün beynəlxalq dil olan ingilis dilində videolarımız hazırlanıb və yeni videolar hazırlanmağa davam edəcək".
Layihədə idarə heyəti - Urfan Sərkərov, Yusif Xəlilov, Mürsəl Mürsəlli, İlkin Namazlı, Lalə Həmidli, Nərmin Seyidova, Rüstəm Səfərli, Uğur İmaməliyev, Yunus Babasoylu, Sənan Ağayev, Nihad Ataxanlı və bizə dəstək olan üzvlərimiz hər biri həmrəy olaraq Vətəni üçün bu informasiya müharibəsində iştirak edir.

Platformanın saytı: https://www.karabakhisazerbaijan.com/
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti