Azərbaycan Müdafiə nazirinin müavini Türkiyəyə gedib, Hulusi Akarla görüşüb

16-07-2020, 16:11
Oxunub: 1058
Görüşdə Ermənistan silahlı qüvvələrinin sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat müzakirə olunub


Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov Türkiyəyə səfərə gedib. 

Report xəbər verir ki, o, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla görüşüb. 

Görüşdə Ermənistan silahlı qüvvələrinin sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat müzakirə olunub. 

“Ermənistan qurduğu tələyə özü düşəcək, bu tələnin altında qalacaq və etdiyi işin hesabını mütləq ödəyəcək”, - Hulusi Akar deyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti