Azərbaycan iqtisadiyyatı 2,7% kiçilib

16-07-2020, 15:27
Oxunub: 813
Hesabat dövründə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 3,4% azalaraq 3393,7 manata düşüb


Bu ilin I yarısında Azərbaycanda 33 803,9 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Report Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azdır.

6 aylıq ÜDM-in 10760,4 milyon manatlıq hissəsi neft-qaz sektorunun, 23043,5 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb. Bu 1 il əvvələ nisbətən müvafiq olaraq 2,9% və 2,5% azdır.

ÜDM istehsalının 35,7%-i sənaye, 11,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5%-i nəqliyyat və anbar təsərrüfatı, 7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,6%-i tikinti, 2%-i informasiya və rabitə, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3%-ni təşkil edib. 

Hesabat dövründə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 3,4% azalaraq 3393,7 manata düşüb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti