“SOCAR Polymer” ixracını 35% artırıb

30-06-2020, 13:45
Oxunub: 4746
Bu isə ötən ilin müvafiq dövründən 35% çoxdur


Bu ilin yanvar-may ayları ərzində “SOCAR Polymer” MMC 51,8 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.

Report xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2020-ci ilin iyun sayında göstərilib.

Bu isə ötən ilin müvafiq dövründən 35% çoxdur.

“SOCAR Polymer” bu ilin ilk beş ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluğa başçılıq edib.

Xatırladaq ki, "SOCAR Polymer"ə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti